Milli Məclis "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulmaq barədə qanun layihəsəni təsdiq edib.

Sizinxeber.Az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq.

Qeyd edək ki, "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya" 1970-ci il martın 18-də Haaqada qəbul edilmiş və iştirakçı dövlətlərin məhkəmələri arasında mülki və kommersiya mübahisələri üzrə sübutların toplanmasını sadələşdirən beynəlxalq sənəddir.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.