Yağış günün ikinci yarısından tədricən kəsəcək
sizinxeber.az xəbər saytı

Yağış günün ikinci yarısından tədricən kəsəcək


Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”, - deyə qeyd olunub.

Oxşar xəbərlər

ETSN: Yağıntılı hava davam edir, gün ərzində tədricən kəsiləcək
Hava sabitləşəcək, yağıntı kəsiləcək
Həftə sonu havanın temperaturu yüksələcək
Bəzi yerlərdə zəif yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - SABAHIN HAVA PROQNOZU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər