Qaxda özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik biznes sahələrinə baxış olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev özünüməşğulluq proqramı çərçivəsində Qax rayon sakinləri Abidov Tofiq Bədrəddin oğlu və Əliyeva Nərmin Vəli qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Sizinxeber.az xəbər verir ki, özünüməşğulluq proqramı üzrə verilmiş avadanlıqlar hesabına T.Abidov avtomobil şinlərinin bərpası və təmiri, N.Əliyeva isə qadın gözəllik salonu üzrə kiçik biznes sahələrini yaradıblar.
Hər iki proqram iştirakçısı işsiz şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar qurduqları kiçik təsərrüfatların fəaliyyəti barədə məlumat verib, biznes sahələrini genişləndirməyə səy göstərdiklərini qeyd ediblər.
Mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə Qax rayonunda da 840 nəfərə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Oxşar xəbərlər
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












