Bakı-Laçın reysinin ilk sərnişinləri artıq Laçına çatıb - FOTOLENT - YENİLƏNİB
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb və onlar artıq Laçına çatıb.
Bu barədə AYNA-dan APA-ya məlumat verilib.
Agentlik bildirir ki, siz də Laçına səfər etmək istəyirsinizsə biletlərinizi biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərsiniz.
İşğaldan azad olunmuş ərazilərə giriş zamanı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması vacibdir.
***
11:00
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
AYNA-dan APA-ya bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.
Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.
Oxşar xəbərlər
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb
Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib
Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır
Bakıdan Laçına müntəzəm reys üzrə ilk avtobus yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












