Bakının mərkəzində yenə su kəsiləcək
Avqustun 30-u gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.
Bu barədə Sizinxeber.az-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.
Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.
Oxşar xəbərlər
Bakının üç rayonunu içməli su ilə təmin edən magistral xətdə təmir-bərpa işləri aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 10 yolunda tıxac yaranıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













