Sabah Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
apr
2024
20:17

Sabah Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq

03 apr, 2024
20:17
1 130

Sabah Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq

Aprelin 4-də Səbail və Xətai rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar aprelin 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Səbail rayonunun Bayıl qəsəbəsinin və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov, Ə.Şıxlinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın