FHN: Nəsimi rayonunda 1 nəfər intihara cəhd edib
sizinxeber.az xəbər saytı

FHN: Nəsimi rayonunda 1 nəfər intihara cəhd edib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

FHN əməliyyat görüntüləri yayıb- VİDEO
Nərimanov rayonunda mənzildə 1 nəfərin meyiti tapılıb
Xırdalanda intihara cəhdin qarşısı alınıb - VİDEO
Suraxanıda mənzildə meyit tapılıb
Qaradağda mənzildə meyit tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər