Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO
sizinxeber.az xəbər saytı

Bakı metrosu köhnə qatarlardan nə vaxt azad olacaq? - VİDEO




İctimai nəqliyyatda gediş haqları artırıldıqdan sonra vətəndaşlar keyfiyyətin də artacağını düşünürdülər.

Lakin hələ də Bakı metropolitenində köhnə vaqonlardan istifadə olunur.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, hazırda hər 3 xəttə xidmət göstərən 61 qatar mövcuddur. Yaxın vaxtlarda vaqon parkının genişləndirilməsi üçün yeni qatarların gətirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, artıq bu qatarlardan 2-si Bakıya çatdırılıb.

Bəxtiyar Məmmədov həmçinin onu da bildirib ki, qatarlar arasında intervalın çox olması texniki tələblərə uyğunlaşdırılır. Yəni, qış rejimində sıx intervallar tətbiq edildiyi halda yay rejimində bu, sərnişinlərin hərəkət qrafiki ilə tənzimlənir. Tədris ili başladığı zaman isə qatarlar arasında minimum interval tətbiq edilir.

Qurum rəsmisi eyni zamanda onu da əlavə etdi ki, texniki cəhətdən kondisionerlərin köhnə qatarlara quraşdırılması mümkün deyil.

Buna səbəb isə vaqonun hər iki istiqamətində soyuducu çənlərin, elektrik xətlərinin quraşdırılması üçün mümkün təchizat qurğularının olmamasıdır.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənclik” metrostansiyasının iş rejimi gücləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunun "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı metrosunun yeni stansiyasının adı ilə bağlı təkliflər verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər