Bakı metrosunun "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb
Bakı metrosunun "Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
“Report”un “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb.
"Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb", - məlumatda deyilir.
“Bakı Metropoliteni” "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş edir ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər: “Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qurum baş vermiş nasazlıq səbəbi ilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Oxşar xəbərlər
Bakı metrosu bayram günlərində iş rejimini dəyişdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Bakı-Sumqayıt sərnişin qatarında texniki nasazlığa görə ləngimə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 10 yolunda tıxac yaranıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Sərnişin qatarında partlayış xəbəri yalandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












