sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qadın prokuror rəis müavini təyin edilib
Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.
Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Baş Prokurorluqda təyinat olub
Azərbaycanda hüquq-mühafizə strukturunda yüksək vəzifələr xanım əməkdaşlara həvalə edildi
Üç prokurorluq işçisi təqaüdə göndərilib
Nazir vəzifəsini icra edəcək Azər Cəfərov kimdir? - DOSYE
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













