Azərbaycanda hüquq-mühafizə strukturunda yüksək vəzifələr xanım əməkdaşlara həvalə edildi
sizinxeber.az xəbər saytı

Azərbaycanda hüquq-mühafizə strukturunda yüksək vəzifələr xanım əməkdaşlara həvalə edildi


Sizinxəbər.Az-ın məlumatına görə,Samux və Xızı rayonlarına yeni prokuror təyin olunub.

Baş prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Oxşar xəbərlər

BŞTİ-də yeni kadr TƏYİNATI [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycanın həbs etdiyi erməni separatçılar barəsində istintaq davam edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Hacıyevə "Qarabağ"da yüksək vəzifə verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər