Fövqəladə hadisələrlə bağlı mülki müdafiə məşqi təşkil edilib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
FHN-in Gəncə Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqini təşkil edib
FHN-in Bakı Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edib
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Novxanıda hoteldə mülki müdafiə məşqi keçirilib
Xırdalanda mülki müdafiə məşqi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












