Dövlət Yanğın Nəzarəti Xidməti “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirib
sizinxeber.az xəbər saytı

Dövlət Yanğın Nəzarəti Xidməti “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirib


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.

Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Oxşar xəbərlər

FHN-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib
Dövlət Yanğın Nəzarəti Xidmətində "Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirlər keçirilib
Dövlət Yanğın Nəzarəti Xidmətində tədbirlər keçirilib
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle