"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu məlumat yayıb
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu məlumat yayıb.
Ədlniyyə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumatda bildirilib ki, İşçi qrupun fəaliyyəti çərçivəsində aparılan ən son islahatlar, əldə edilmiş nailiyyətlər ölkəmizin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı reytinqinin yüksəlməsinə xidmət edir.
İşçi qrup tərəfindən mübahisələrin həlli üçün tənzimlənmə bazası və bu sahədə dövlət xidmətləri, habelə təcrübədə kommersiya mübahisəsinin həllinin asanlığı üzrə qanunvericilikdə öz əksini tapan və mövcud praktikada tətbiq edilən bir sıra komponentlərin təhlili aparılıb (https://bit.ly/46p2xL2) və bu çərçivədə 44 sual araşdırılıb.
Təhlildə aşağıdakı istiqamətlər üzrə suallar cavablandırılıb, hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib:
• məhkəmə iddiası üzrə vaxt standartları
• məhkəmənin dürüstlüyü / açıqlığı
• xarici məhkəmə qərarları
• ətraf mühitin davamlılığı
• mübahisələrin alternativ həlli mexanizmləri: arbitraj icraatı və mediasiya
• ixtisaslaşdırılmış şikayət mexanizmləri
• elektron xidmətlər / rəqəmsal proseslər
• statistik məlumatların hazırlanması
Məlumatın hazırlanmasında məqsəd ölkəmizdə mübahisələrin həlli sahəsində geniş auditoriyanın maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığı təmin etməkdir.
İşçi qrup təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Qeyd olunub ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Əlaqələndirici şəxs: İşçi qrupunun katibi Şəhanə Kərimovadır.
Oxşar xəbərlər
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












