FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində təlim-məşğələ keçirilib
sizinxeber.az xəbər saytı

FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində təlim-məşğələ keçirilib



Fövqəladə Hallar Nazirliyinin 2025-ci il üçün təsdiq olunmus “İş planı”na, “Təşkilati-metodiki” göstərişinə, həmçinin illik “Təlim-məşğələ planı”na əsasən Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində təlim-məşğələ keçirilib.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, təlim-məşğələnin keçirilməsində məqsəd Xidmətin şəxsi heyətinə taktiki təlimlərdə və neft dağılmalarının ləğvi əməliyyatları zamanı baş verə biləcək xəsarət və zədələnmələrdən, eləcə də digər bədbəxt hadisələrdən qorunmaq məqsədilə lkin tibbi yardımın göstərilməsi ilə qaydalarının aşılanması olub.

Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin həkim-fizioloqu Məlahət Zeynalova tərəfindən əməkdaşlar ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə nəzəri və praktiki olaraq təlimatlandırılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Su hövzələrində təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
FHN Lənkaranda hoteldə təlim keçirib - VİDEO
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər