Qazılaraq asfaltı dağıdılan yol təmir olunacaq - YENİLƏNİB/FOTO
sizinxeber.az xəbər saytı

Qazılaraq asfaltı dağıdılan yol təmir olunacaq - YENİLƏNİB/FOTO




"Azəriqaz" İB tərəfindən Nizami rayonunda qazılan yol bu gün və ya sabah bərpa ediləcək.

Bunu Sizinxeber.az-in sorğusuna cavab olaraq "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

"Azəriqaz"ın əməkdaşları yeraltı sızmaların aradan qaldırılması istiqamətində həmin ərazidə bir müddət gərgin iş aparıblar. Bu işin nəticəsində asfalt örtüyü dağılıb. Çünki yerin altına müdaxilə həmin asfalt örtüyünün dağıdılması nəticəsində mümkün olur. Bu baxımdan Azəriqaz əməkdaşları zəruri addımları atıblar. Artıq bütün işlər tamamlanıb. Asfaltlanma ilə bağlı neçə gündür ki işlər gedir. Bu qurumlar arasında şifahi müraciətlər əsasında olmur. Təbii ki bunun da öz qaydakarl var. Yəüin ki bu gün, ən pis halda sabah həmin ərazinin asfaltlanması işlərinə başlanacaq. “Azəriqaz” İB hansı ərazidə işləyirsə, orada hər hansı infrastruktura ziyan dəyirsə qurum tərəfindən aradan qaldırılır. Bu hal da istisna deyil, - deyə qurum rəsmisi vurğulayıb.

***29.07.2024 - 17:50

Paytaxtın Nizami rayonu ərazisində yaşayan sakinlər "Azəriqaz"dan narazıdırlar.

Sizinxeber.az-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb yolların qazılaraq pis vəziyyətə salınmasıdır...

Rayon sakininin sözlərinə görə, 18 gün əvvəl "Azəriqaz"ın əməkdaşları tərəfindən rayonun Bəhruz Nuriyev ilə Qara Qarayev prospektinin kəsişməsində, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qazıntı işləri aparılıb: 

""Azəriqaz"ın işçiləri iyulun 11-də yolun asfalt örtüyünü qazaraq boruları yeniləyib. Daha sonra isə ərazini torpaqla örtsələr də asfaltı bərpa etməyiblər. Üzərindən 20 günə yaxın vaxt keçsə də yol bərbad vəziyyətdə qalmağa davam edir, baxan yoxdur".

Sizinxeber.az

Oxşar xəbərlər

“Azəriqaz”: “Smart-kart tipli qaz sayğacları yeni il gecəsi yenilənəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Beyləqanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Suraxanı, Binəqdi və Sumqayıtın bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah üç rayonda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər