Ali məktəblərə qəbul olmuş subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
sizinxeber.az xəbər saytı

Ali məktəblərə qəbul olmuş subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək


Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

Sizinxeber.az-nın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na dəyişiklik edib.

Qeyd edək ki, hazırda ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini, ixtisasını dəyişdirməsinə yol verilmir. Beləliklə, bundan sonra həmin subbakalavrların təhsilalma formasını dəyişdirməsinə də yol verilməyəcək.

Oxşar xəbərlər

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
Azərbaycanda bir qrup tələbə narazıdır - "Yeni qərar bizə şamil edilməsin" - AÇIQLAMA
Agentlik akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərə müraciət edib
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpasına başlanılıb
Tələbələrin köçürülməsinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər