Azərbaycanda bir qrup tələbə narazıdır - "Yeni qərar bizə şamil edilməsin" - AÇIQLAMA
sizinxeber.az xəbər saytı

Azərbaycanda bir qrup tələbə narazıdır - "Yeni qərar bizə şamil edilməsin" - AÇIQLAMA




Mingəçevir Dövlət Universitetinin Menecement fakültəsinin tələbələri narazıdırlar.

Bu barədə çox sayda şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, buna səbəb tələbələr əyani təhsil formasını qiyabiyə çevirmək istəyən zaman qarşılaşdıqları çətinlik olub.

Tələbələr bildirirlər ki, əvvəlcə əyani təhsili qiyabiyə keçirməklə bağlı təsdiq mesajı alıblar indi isə imtina bildirişi gəlib. İndi təhsilalanların bir istəyi var, bu da 2024-cü iln fevralında çxan qərarın 2023-cü ildə qəbul olan tələbələrə aid edilməməsidir. 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin köçürülməsi “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na (https://e-qanun.az/framework/56513) əsasən tənzimlənir.

Qaydalara əsasən, bakalavriat səviyyəsində tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.

Həmçinin qeyd olunan məzmunda Agentliyə daxil olan müraciətlər qanunvericiliyin tələbləri əsasında cavablandırılır.

BAKU.WS

Oxşar xəbərlər

Tələbələrin köçürülməsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən tələbələrin köçürülməsinə başlanılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər