Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı - YENİLƏNİB
“Son zamanlar anamın səhhətində narahatlıqlar var idi”.
Bunu Sizinxeber.az-ya açıqlamasında Dursun Qasımovanın oğlu, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.
O qeyd edib ki, anası çox əziyyət çəkirdi:
“Bu gün saat 18 radələrində anam rəhmətə getdi. Son vaxtlar ayaqları tutulmuşdu, hər gün vəziyyəti daha da ağırlaşırdı. Ayaqlarına qan getmirdi, yataqda yatırdı. Çox əziyyət çəkirdi, dedilər ayaqlarının ikisi də kəsilməlidir. Sonra həkimlər amputasiyanı da məsləhət görmədi. Bildirdilər ki, yaşı çoxdur ağrılara dözə bilməz”.
Nofəl Qasımov onu da bildirib ki, anası son günlər sözün əsl mənasında çox əziyyət çəkib: “Ağrılardan canını qurtardı, o qədər zülm çəkdi danışılacaq bir vəziyyət deyil”.
***
18:24
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, milli qəhrəmanın anası 1942-ci il təvəllüdlü Dursun Qasımova bu gün Gəncədə rəhmətə gedib.
Onun sabah Gəncədə dəfn edilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Milli Qəhrəmanın anası vəfat edib
Milli Qəhrəman Natiq Qasımovun anası: Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm
Milli Qəhrəman Natiq Qasımovun anası: Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm - VİDEO
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
Nazir Milli Qəhrəman Natiq Qasımov adına Mingəçevir şəhər məktəbində olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Prezident İlham Əliyevin doğum günüdür
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib












