Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin növbəti köçü baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Həsənriz kəndinə 30 ailə - 114 nəfər köçürüldü.Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib:

"Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz, işıq və internet xidmətləri aktivdir. Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür".

S. Qəhrəmanov, sakinlərin işlə təminatında da köməklik göstəriləcəyini deyib.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 oldu. 566 nəfər Həsənrizə qayıdıb.

***

14.05

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 114 nəfər köçürülüb.

***

12.10

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 114 nəfər köçürülür.

Bu köç də nəzərə alınmaqla indiyədək Həsənriz kəndinə 159 ailə (566 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Oxşar xəbərlər

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB-1 - VİDEO
Köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB - VİDEO
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər