Cəbrayıla qayıdış: yeni başlanğıclar... - VİDEO
sizinxeber.az xəbər saytı

Cəbrayıla qayıdış: yeni başlanğıclar... - VİDEO


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.

Komitənin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növəti videoçarx 30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, keçmiş məcburi köçkün Slavik Hüseynov və ailəsinə həsr olunub.

"O, ailəsi ilə birlikdə doğma torpağına - Cəbrayıla qayıdıb. Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb. İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir", - Dövlət Komitəsindən bildirilib.

Oxşar xəbərlər

Ağalı kəndindən VİDEOÇARX
Dövlət Komitəsi Ağalı kəndi ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Dövlət Komitəsi Laçın şəhəri ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Laçınım mənim... - VİDEO
Sabah Cəbrayıl şəhərinə ilk köç olacaq, 36 ailə köçürüləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər