Türkiyə konsulluğu Gəncədə “15 iyul - Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirib - FOTO
sizinxeber.az xəbər saytı

Türkiyə konsulluğu Gəncədə “15 iyul - Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirib - FOTO


Türkiyənin Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə “15 iyul - Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirilib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, konsulluqda baş tutan tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Gəncə, Samux, Naftalan icra hakimiyyərinin nümayəndələri, ziyalılar və səhər ictimaiyyəti iştirak edib. Tədbir şəhidlərin xatirəsinin anılması və hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə baslayib. Şəhidlərin ruhuna dualar oxunub.

Türkiyənin Gəncədəki baş konsulu çıxış edərək 15 iyul 2016-cı il hadisələrindən danışıb. O, hadisələr zamanı 251 vətəndaşın şəhid olduğunu, 2 mindən artıq şəxsin yaralandığını xatırladıb: "Xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətəni, dövləti və demokratiyanı müdafiə etdi".

Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.

Oxşar xəbərlər

Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub - FOTO
Gəncədə Anım Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilib - FOTO
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib
Gəncədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər