Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub - FOTO
Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Gününün 9-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, tədbirdə əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə dövlət və hökümət nümayəndələri iştirak ediblər.
Tarixin ağır sınaqlarından üzüağ çıxan türk xalqının qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını aldığını deyən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında vurğulayıb ki, 2016-cı il iyulun 15-də baş verən hadisə zaman Türkiyə 251 şəhid verib: "Dövlət çevrilişi cəhdindən artıq 9 il ötür. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün hakimiyyət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb".
Asip Kaya qeyd edib ki, Azərbaycan hadisənin baş verdiyi andan qardaş Türkiyənin yanında olub, öz dəstəyini qardaş ölkədən əsirgəməyib. 15 iyulda Azərbaycanın göstərdiyi dəstək iki ölkənin bir-birinə bağlılığının, qardaşlığının nümunəsidir.
Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edənlər Türkiyə dövlətinin 9 il öncə üzləşdiyi hadisə barədə danışıb, keçirilən bu tədbirin əsas məqsədinin dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək, səbəbkarların əmələrini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdan ibarətdir olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Türkiyə konsulluğu Gəncədə “15 iyul - Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirib - FOTO
Naxçıvanda Türkiyənin Cümhuriyyət Günü qeyd olunub - FOTO
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı tədbir keçirilib
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












