Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib - FOTOLENT
sizinxeber.az xəbər saytı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib - FOTOLENT


İyulun 13-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, imtahanda iştirak edən 91 namizəddən ­­­­­40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.

Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə https://www.justice.gov.az/categories/189 linkə keçid edərək tanış olmaq mümkündür.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası ­­­­­­15-16 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).

Oxşar xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər