Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçirilib
sizinxeber.az xəbər saytı

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçirilib


İyunun 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.

İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənnləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulurdu.

İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİM: Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər