Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb - FOTO
Bu gün Azərbaycan Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Bu barədə Hesablama Palatası məlumat yayıb.
Kollegiya iclasında “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
İclasda Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə üzrə məsul şəxsləri, o cümlədən nazir müşaviri və şöbə müdirləri də iştirak ediblər. Agentliyin sədri və nazirliyin əməkdaşları auditin nəticələrinin damazlıq heyvandarlıq sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin 1 nəzarət tədbirin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Oxşar xəbərlər
Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi














