Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb
sizinxeber.az xəbər saytı

Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb


Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.

Məlumata görə, kollegiya iclasında “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. İclasda Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə üzrə məsul şəxsləri, o cümlədən nazir müşaviri və şöbə müdirləri də iştirak ediblər. Agentliyin sədri və nazirliyin əməkdaşları auditin nəticələrinin damazlıq heyvandarlıq sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.

İclasda həmçinin 1 nəzarət tədbirin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Oxşar xəbərlər

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının ən çox pozuntu aşkarladığı hallar açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Mustafayevin rəhbərliyi ilə Nazirlər Kabinetində iclas keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası bu il 91 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər