Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
Hesablama Palatası Bakı Dövlət Universitetində, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkar edib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda ilk olaraq “Bakı Dövlət Universiteti tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin, həmçinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrdə Universitetin rektoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev və prorektorlar da iştirak ediblər. Rektor auditin nəticələrinin Universitetin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın bütün təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Daha sonra “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların təhsil müəssisələri tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub.
İclasda həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Oxşar xəbərlər
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Dövlət Universitetində məzunlarla görüş keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












