“Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” start götürdü - FOTO
sizinxeber.az xəbər saytı

“Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” start götürdü - FOTO




Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” adlı layihənin 2-ci hissəsi Şamaxı rayonunda start götürdü.

Təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadə tədbiri açıq elan edərək gəncləri salamladı və uğurlar diləyərək sözü idman üzrə təlimçi İlham Mütəllimova ötürdü.

Təlimçi gənclərdə sürət və güc qabiliyyətini eyni zamanda diqqəti yoxlamaq və inkişaf etdirmək üçün aşağıdakı idman yarışları təşkil etdi.

-komandalararası futbol yarışı-komandalararası kəndir dartma yarışı.

-kisələrdə qaçış yarısı (komandalararası)

-uzununa tullanma-qaçış üzrə müxtəlif estafetlər-topla müxtəlif fəndlər.

Bütün proses Səssiz Ünsiyyət-Jest Dilinin inkişafına Dəstək ictimai Birliyinin jest dili tərcüməçisi Könül Quliyeva tərəfindən tərcümə olundu.

Qeyd edək ki, layihənin 1-ci hissəsi Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2nömrəli xüsusi internat məktəbində təşkil olunmuşdu.

Gənclərlə Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, İctimai xadim Aqil Acalov və 3qat Dünya, 4qat Avropa çempionu, Parataekvandoçu Aynur Məmmədova görüşə gələrək motivasiya dolu söhbət apardılar.

Eyni zamanda gənclərlə psixoloq Günəş Əlizadə “psixi sağlamlıq və onu qorumağın yolları”, “sağlam həyat tərzi və sağlam qidalanma”, “gigiyena qaydalarına riayət” mövzularında təlim keçdi.

Layihə inkluziv olduğu üçün təlimlərdə nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə yanaşı İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin üzvləri də iştirak edirdi.

Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Şəkidə “İnsan Alveri və İşgəncələr” adlı layihə çərçivəsində maarifləndirmə tədbirlərinə start verilib
Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı” elan olunur 
Bu gün AFFA-ya yeni prezident seçiləcək
Xocalı itkinlərinin naməlum taleyindən bəhs edən “13” filmi təqdim edilib - FOTO
COP29-la bağlı yaradılmış Təşkilat Komitəsinə yeni üzvlər əlavə edildilər - ADLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər