Milli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb.
Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin məzunlarının məşğulluq göstəricilərini təhlil edir və bu sahədə mövcud potensialı gücləndirməyə çalışır.
Tural Əhmədov isə Təhsildə Keyfiyyət Təminat Agentliyinin fəaliyyətini qeyd edərək, təhsilalanların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və ali və orta ixtisas təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması istiqamətində sistemli işlərin aparıldığını vurğulayıb.
Əməkdaşlıq çərçivəsində Milli Observatoriya, qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilən peşə ixtisasları üzrə fəaliyyət göstərən şəxslərin əmək bazarında məşğulluq səviyyəsini və peşə ixtisasını təsdiq edən sənədin işə qəbul prosesinə təsirini təhlil edəcək.
Həmçinin, tərəflər əmək bazarında ixtisaslar, bacarıqlar və səriştələrə olan tələb və aktual problemlərin şərh edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Birgə əməkdaşlıq, həm təhsil, həm də əmək bazarında daha səmərəli və uyğunlaşmış yanaşmaların tətbiqinə imkan yaradacaq.
Oxşar xəbərlər
Elnur Səfərli: "Milli Observatoriya Qarabağdakı iş adamlarının fəaliyyəti ilə bağlı təkliflər hazırlayıb"
Cari ildə 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb
Bu il 100 bağçada monitorinq aparılıb
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












