Əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilib
sizinxeber.az xəbər saytı

Əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbiri keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi müzakirə edilib.

Həmçinin qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırma aparılıb.

Tədbirdə dövlət və özəl təşkilatlardan olan 150-ə yaxın işəgötürən təmsil olunub.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində keçirilən bu maarifləndirmə tədbirlərinin Azərbaycanın bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bir qrup işəgötürənə “DOST Müfəttiş” layihəsi təqdim olunub
Salyanda əmək yarmarkası keçirilib
Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib
Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirləri davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər