Bakı – Laçın reysinin ilk sərnişinləri Laçına çatıb – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakı – Laçın reysinin ilk sərnişinləri Laçına çatıb – YENİLƏNİB


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı – Laçın reysinin ilk sərnişinlərinin artıq təyinat nöqtəsinə çatdığını bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə məlumat qurumun sosial şəbəkə hesabında yer alıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınmışdı.

10:59

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

AYNA-dan "Sizinxeber.az"a bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.

Oxşar xəbərlər

Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb
Bakı-Laçın reysinin ilk sərnişinləri artıq Laçına çatıb - FOTOLENT - YENİLƏNİB
Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
Bakıdan Laçına müntəzəm reys üzrə ilk avtobus yola düşüb
Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər