sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
DYP paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib.
İdarədən "Sizinxeber.az"a verilən məlumata görə, bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.
"Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.
Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
DYP yollardakı sıxlıqla bağlı sürücülərə çağırış edib
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Bu yolda sürət həddi azaldıldı
Bayram günlərində polis gücləndirilmiş rejimdə xidmət edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













