DYP yollardakı sıxlıqla bağlı sürücülərə çağırış edib
sizinxeber.az xəbər saytı

DYP yollardakı sıxlıqla bağlı sürücülərə çağırış edib


Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

Sizinxeber.az xəbər verir ki, bu bərədə DYP-nin məlumatında bildirilib.

Qeyd edilib ki, bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

"Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda deyilir.

Oxşar xəbərlər

DYP: Güclü külək yollarda qəza riskini artırır
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək
DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edə bilərlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər