Heydər Əliyev Fondunun vitse-prezidenti Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib
sizinxeber.az xəbər saytı

Heydər Əliyev Fondunun vitse-prezidenti Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.

"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.

Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Oxşar xəbərlər

Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər