“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”
Nurəddin Mehdixanlı: “Ölümü öldürənlər gözümüzün qabağındadır, amma...”
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”.
Bunu Moderator.az-a açıqlamasıdna Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, ölümü öldürən qəhrəmanlarla bağlı filmlərin çəkilməsi həm onların gənc nəslə tanıdılması, həm də milli tariximizin, hərb tariximizin yaşadılması baxımından vacibdir:
“Mübariz İbrahimov və onun kimi qeyrətli oğullarımızın göstərdiyi qəhrəmanlıqlar, düşmənə verdiyi dərs hamımızın – bütün xalqın gözü qarşısında baş verib. Biz hamımız bu şərəfli, böyük tarixin şahidləriyik. Öz cəsarəti, qəhrəmanlığı ilə ölümü öldürənlər, tarix yazanlar bunu gözümüzün önündə reallaşdırıb. Ancaq televiziyalarımız bu cür qəhrəmanları yetərincə təbliğ etmir. Biz daha çox mənasız seriallara şahidlik edirik, nəinki qəhrəmanlarımızdan bəhs edən filmlərə.
Əgər biz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək, öz tariximizi yaşatmaq istəyiriksə, qəhrəmanlarımızı təbliğ etməli, onların həyatını, döyüş yolunu filmlərə, seriallara daşımalıyıq. Bu, həm tariximiz, həm də gələcəyimiz baxımından vacibdir”.
Oxşar xəbərlər
Rasim Balayev: "Boşluğu doldurmaq üçün çəkildim, olmadı..."
Xalq artisti Ramiz Məlik vəfat etdi
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib
İncəsənət xadimləri İlham Əliyevin qələbəsindən danışdılar
Xalq artisti Ramiz Məlikin dəfn olunacağı yer açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












