"Bulla-dəniz" yatağında indiyədək 70 mlrd. kubmetrdən artıq qaz hasil olunub
Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-dəniz" yatağı istismara veriləndən 70,8 mlrd. kubmetrdən çox qaz hasil olunub (01 aprel 2025-ci il tarixinə olan məlumata görə - red.).
“Sizinxeber.az-Economics”in SOCAR-ın məlumatlarına istinadən verdiyi xəbərə görə, hesabat dövründə yataqda 12,5 mln. ton neft (kondensatla birlikdə) hasil olunub.
Məlumata görə, hazırda yataqda 1-i neft, 8-i qaz-kondensat olmaqla 9 quyu fəaliyyətdədir. Quyular fontan üsulu ilə istismar edilir.
Qeyd edək ki, “Bulla-dəniz” yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 km, Bulla adasından isə 12-15 km, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası" yatağından isə 10 km cənub-şərqdə yerləşir. Struktur tektonik cəhətdən şimal-qərb cənub-şərq istqamətinə uzanan eni 9 km, uzunluğu isə 27 km, şimal-şərq qanadda hündürlüyü 1400 metr olan nəhəng braxiantiklinal qırışıqdan ibarətdir.
Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha cox dəyişir. Dənizin dibi maili olaraq, cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 000 000 kubmetr qaz alınıb.
Oxşar xəbərlər
AÇG və “Şahdəniz"dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
“Şahdəniz” yatağına bu il 2 mlrd. dollardan artıq xərc çəkilib
AÇG-dən indiyədək 596 mln. tona yaxın neft hasil edilib
AÇG ilə "Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













