Azərbaycanla Pakistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycanla Pakistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib


İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında sənaye, ticarət və logistika istiqamətləri üzrə tərəfdaşlığın genişləndiyi nəzərə çatdırılıb. Özəl sektor nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilən tədbirlərin işgüzar dairələr arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən qlobal layihələr və yaşıl enerji üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycan və Pakistan sənaye və enerji sahələrində əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı şaxələndirməyi müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Pakistanın energetika nazirini qəbul edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər