Yalçın Rəfiyev: COP29 nəticələrinə görə ən uğurlulardan hesab olunur
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: COP29 nəticələrinə görə ən uğurlulardan hesab olunur


COP29 əldə edə biləcəyimiz nəticələrə görə, indiyədək ən mühüm tarixi ən uğurlu COP-dan biri hesab olunur.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev bildirib.

Onun sözlərinə görə, COP29 çətin geosiyasi və qlobal siyasi proseslər şəraitində təşkil olundu.

"Keçən il 60-dan çox ölkədə seçkilərimiz oldu. Bəzi ölkələrdə bu seçkilər mühüm siyasi dəyişikliyə səbəb oldu. Hakimiyyətə yeni gələnlərin isə iqlim dəyişikliyinə, iqlim dəyişikliyinə qarşı fəaliyyətlərə bir qədər və ya bəzi hallarda əhəmiyyətli dərəcədə fərqli baxışları var", - Yalçın Rəfiyev qeyd edib.

Onun sözlərinə görə, qeyd olunanlar, işləri hərəkətə gətirmək və nəticəyə gəlmək üçün digər tərəflərlə danışıqları daha da çətinləşdirdi.

"Mən COP29-un enerjiyə nə verdiyinə və enerji məsələlərinə nə qədər önəm verdiyimizə diqqəti yetirmək istərdim. Biz prosesin əvvəlindən başlayaraq təmiz enerji, bərpa olunan enerji mənbələri, yaşıl enerjini müdafiə edənlərdən tutmuş ənənəvi yanacaq istehsalçılarına qədər enerji cəmiyyətinin bütün maraqlı tərəfləri ilə əlaqə saxladıq. Qeyd olunanlar, inkluzivliyin təmin edilməsi məsələsində çox vacibdir", - Yalçın Rəfiyev vurğulayıb.

Oxşar xəbərlər

COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: “COP29 ən əhəmiyyətli və tarixi iqlim konfranslarından biri kimi tanınıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş danışıqçı COP29-da iştirak edəcək tərəfləri İqlim Şəffaflığına dair Yekun Razılaşmanı imzalamağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün ən erkən mərhələdə yatırım edilməldir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: İqlim fəlakəti ilə bağlı kiçik ada dövlətlərinin səsi eşidilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər