Nazir müavini: Dövlət şirkətləri fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar
sizinxeber.az xəbər saytı

Nazir müavini: Dövlət şirkətləri fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar


Yaşıl Gündəm uzunmüddətli strateji məqsəd olaraq Azərbaycan hökumətinin rəqəmsal inkişaf və süni intellekt siyasəti ilə paralel şəkildə həyata keçirilir.

APA-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O qeyd edib ki, yeni yaradılmış “AZCON Holding”ə daxil olan dövlətə məxsus müəssisələr, o cümlədən bəzi mobil və stasionar rabitə operatorları artıq fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar.

“Bu müəssisələr bəzi baza stansiyalarını və texniki tunellərini yaşıl enerji ilə təmin etməyə başlayıb. Paralel olaraq, yeni inşa olunan G-Cloud infrastrukturunda yaşıl tikinti sertifikasiyası prinsiplərinə uyğun planlama həyata keçirilir,” – deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik
Gürcüstanlı nazir müavini: Azərbaycanla həyata keçirilən yaşıl enerji layihəsi “çox iddialı və strateji əhəmiyyətli”dir
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək
Nazir müavini: Dayanıqlı inkişafla bağlı standartlar qanunvericiliyə daxil edilməlidir
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər