Gəncə Avtomobil Zavodu Türkiyəyə məhsul ixrac edəcək
sizinxeber.az xəbər saytı

Gəncə Avtomobil Zavodu Türkiyəyə məhsul ixrac edəcək


Gəncə Avtomobil Zavodu olaraq Belarus zavodları ilə 2007-ci ildən əməkdaşlıq edirik.

Bunu “APA-Economics”ə açıqlamasında Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

“Belarus zavodları ilə ildə 700-800 traktor istehsal edirik. Neçə ildir biz çalışırıq ki, üçüncü ölkəyə çıxaq. Yəni Türkiyə və digər bazarlara çıxış əldə edək. Dünən Azərbaycan və Belarus arasında imzalanan traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum ilə buna nail olunacaq. Biz Belarus zavodu ilə kommunal maşınların istehsalına da başlamışıq. Tullantı maşınları da istehsal edirik. Yeni müqavilə bağladıq və əməkdaşlığımıza davam edəcəyik”, - deyə X.Fətiyev bildirib.

Oxşar xəbərlər

Gəncə Avtomobil Zavodunun məhsulları Türkiyə bazarına çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Belarus traktor tədarükü üzrə əməkdaşlığın inkişafına dair Memorandum imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Belarus sənədləri imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Belarus arasında iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Belarus arasında imzalanmış iki sazişə dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər