“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb
sizinxeber.az xəbər saytı

“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb


ABŞ-n avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbilə bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Məlumata görə “Ford” bu həftə “F-150 Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. “Ford”a məxsus “Lincoln's Navigator” modelinin Çinə tədarükü də dayandırılıb.

Qəzet qeyd edib ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və “F-150” pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır.

Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.

Oxşar xəbərlər

Bakıda ağır yol qəzası baş verib, ölən və yaralanan var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Xaç atası”nın rejissoru “Variety” jurnalından 15 milyon dollar təzminat tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ford” tam elektrikli avtomobillərdən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər