IEA: Süni intellekt sayəsində enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb
sizinxeber.az xəbər saytı

IEA: Süni intellekt sayəsində enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb


Süni intellektin inkişafı bəzi enerji təhlükəsizliyi problemlərini gücləndirə, digərlərini isə həll etməyə kömək edə bilər.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, süni intellektin istifadəsi sayəsində son dörd ildə enerji şirkətlərinə qarşı edilən kiberhücumlar üç dəfə artıb və daha da təkmilləşib.

“Eyni zamanda, süni intellekt enerji şirkətlərini bu cür hücumlardan qorumaq üçün vacib alətə çevrilir”, - hesabatda qeyd olunur.

Bildirilib ki, enerji təhlükəsizliyi ilə bağlı digər narahatlıq, süni intellektə güc verən məlumat mərkəzi avadanlıqlarında istifadə olunan həyati vacib minerallara artan tələbatdır.

Bunlara baxmayaraq, süni intellekt elmi kəşflərin getdikcə ayrılmaz hissəsinə çevrildiyindən, batareyalar və günəş panelləri kimi enerji texnologiyalarında innovasiyaları sürətləndirə bilər.

Oxşar xəbərlər

Süni intellekt məlumatların emalı mərkəzlərində enerji tələbini kəskin artıracaq - PROQNOZ
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Dövlət Xidməti: Kibercinayətkarlar daha çox fərdi istifadəçiləri hədəf alır - FOTO
2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle