Azərbaycan alüminiumun ixracını azaldıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 100 320,81 min ABŞ dolları dəyərində 37 742,75 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2023-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,2% , həcmi isə 5,6% azalıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,29% təşkil edib.
Xatırladaq ki, Ötən il Azərbaycan 195 181,68 min ABŞ dolları dəyərində 74 502,4 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azalıb, həcmi isə 9,14% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,83% təşkil edib.
Oxşar xəbərlər
Gürcüstanın qaz idxalının 72%-i Azərbaycanın payına düşüb
ADY azot gübrələrinin daşımasını 40%-dən çox artırıb
Türkiyənin ixracı ilin sonunadək 255 mlrd. dolları ötəcək
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Azərbaycanda şirkətlərin 36%-i qeyri-aktivdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













