Azərbaycan neft-qaz sektorunun əsas göstəriciləri - SON RƏQƏMLƏR
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 6 512,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az olub.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 6 031,1 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,7% azdır.
Neft və qaz hasilatı
Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 467,6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 309,6 mlrd. kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,2% azalıb, əmtəəlik qaz hasilatı isə 0,1% artıb”, - məlumatda qeyd olunur.
Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 4 478,7 min ton neft (6,2% azalma) və 8 005,6 mln. kubmetr qaz (2,9% azalma) hasil edilib.
Neft-qaz sektoruna investisiyalar
Bu ilin ilk iki ayında Azərbaycanın neft-qaz sektoruna 618,6 mln. manat həcmində vəsait yönəldilib. Hesabat dövründə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 31,6% azalıb.
Neftin ixracı
Yanvar fevral aylarında Azərbaycanda neft kəmərləri ilə 6 048,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,1% azdır.
Hesabat dövründə neft kəmərləri ilə nəqletmənin 73,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 4 429,5 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,3% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9%-i və ya 3 718 min tonunu Azərbaycanda hasil edilən neft (4,2% azalma), 16,1%-i və ya 711,5 min tonunu (15,6% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Qazın dünya bazarlarına çatdırılması
Cari ilin yanvar-fevralıda ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 7 108,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,2% azalma müşahidə olunub.
Maqistral kəmərlər ilə qaz nəqlinin 48%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 3 412,9 mln. kubmetr qaz ötürülüb (4,8%-lik azalma olub).
Oxşar xəbərlər
Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb
Azərbaycanda neft və qaz hasilatının ümumi dəyəri artıb
Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub
Azərbaycanda bu il mədənçıxarma sənayesi istehsalı 30 mlrd. manatı ötüb
Azərbaycan əmtəəlik qaz hasilatını 6%-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













