Xəzərdə Külək Stansiyaları ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək
Xəzər dənizində Külək Elektrik Stansiyalarının inşası hal- hazırda priorited məsələlərdən biridir.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq su obyektlərinin müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir.
"Biz bu ərazilərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik. Bir çox şirkətlərin KES-lərin inşası ilə bağlı maraqları var və bu istiqamətdə danışıqlar davam etdirilir.
Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir" - deyə Cavid Abdullayev qeyd edib.
Oxşar xəbərlər
Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir
Pirsaatda 300 hektardan çox torpaq günəş elektrik stansiyası üçün ayrılacaq
Azərbaycanda inşa ediləcək günəş və külək stansiyalarının istifadəyə veriləcək tarix açıqlanıb
Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşib
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













