Azərbaycanda ötən il sənaye istehsalı 64 mlrd. manatı ötüb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,5%, qeyri neft-qaz sektorunda isə 7,3% artıb.
Məlumata görə, sənaye məhsulunun 64,3%-i mədənçıxarma sektorunda, 29,8%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb.
Oxşar xəbərlər
Sənaye istehsalı artıb
Azərbaycanda bu il sənaye istehsalı 53 mlrd. manatı ötüb
Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalı 11%-dən çox artıb
Azərbaycanda 7 ayda 37 milyard manatlıq sənaye məhsulu istehsal olunub
Azərbaycanda 8 ayda 42 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













