Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın energetika nazirlərinin görüşü keçirilib
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyi Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın energetika nazirlərinin İstanbulda baş tutan dördtərəfli görüşünə dair məlumat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, tərəflər enerji təhlükəsizliyi, enerji sahəsində birgə irimiqyaslı layihələri, enerji sektorunda həyata keçirilən və planlaşdırılan layihələri müzakirə ediblər. Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili mühüm layihələrdən birinin Türkiyə ilə Gürcüstan arasında elektrik ötürücü şəbəkəsinin inkişafı olduğunu qeyd edib.
Görüş zamanı Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinə də toxunulub. Sözügedən layihənin region ölkələrinin Avropa İttifaqına elektrik enerjisi ixrac etmək imkanı yaradacağı qeyd edilib.
Oxşar xəbərlər
Levan Davitaşvili: Qara dəniz sualtı elektrik enerjisi layihəsi ilə bağlı növbəti addımlar atmağa hazırıq
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir
Kobaxidze: Qara dəniz sualtı elektrik kabeli enerji müstəqilliyi və təhlükəsizliyinə effektiv həllər təmin edəcək
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













