COP29 çərçivəsində Xəzərdə külək enerjisinin istehsalına dair Memorandum imzalanıb
COP29 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.
Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
“Masdar”ın baş icraçı direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













