"Azpetrol" Laçında modul tipli YDM istifadəyə verib
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Laçın rayonunda 30 avqust tarixində, sayca 106-cı modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 106 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Oxşar xəbərlər
“Azpetrol” Laçında modul tipli YDM istifadəyə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azpetrol” 102-ci Modul tipli yanacaqdoldurma məntəqəsini Xankəndidə istifadəyə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azpetrol” Əsgəranda modul tipli YDM istifadəyə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azpetrol" Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azpetrol şirkəti Xocalı rayonun Əsgəran qəsəbəsində Modul tipli YDM istifadəyə verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












